Hazırladığımız Qapılar
Gizli və giriş qapılarından arakəsmə sistemlərinə qədər tam qapı çeşidimiz.
Gizli qapılar
Ətraflı
Astarlı qapı
MDF ilə üzlənmiş qapıların səthi divar boyası, dekorativ boya, dekorativ suvaq, divar kağızı və mikrosement ilə üzlənə bilər.

Boyalı qapı
MDF ilə üzlənmiş qapıların səthi RAL kataloqundan seçilmiş rənglərlə istehsalat şəraitində boyana bilər.
Daş qapı
Qapının səthi Neolith brendinin keramika kolleksiyasından istifadə olunaraq üzlənir.
Dəri qapı
Qapının səthi tamamilə dəri ilə üzlənir.

Güzgülü qapı
Səthi tamamilə güzgü ilə örtülmüş qapı növüdür; məkanı daha geniş və işıqlı göstərir. Sadə, qara və qəhvəyi güzgü seçimləri mövcuddur.

Parça qapı
Qapının səthi tamamilə parça ilə üzlənir.

Paslanmaz metal qapı
Qapının səthi tamamilə paslanmaz metalla üzlənir.
Şponlu qapı
Şponlu qapı, MDF-in üzəri suni və ya təbii nazik şpon qatı ilə örtülən qapı növüdür. Şpon qapıya ağac görünüşü və teksturası verir.
Şüşəli qapı
Qapının səthi tamamilə şüşə ilə üzlənir; RAL kataloqundakı rənglərdən istifadə olunaraq şüşə rəngi seçilə bilər.
Arakəsmə qapıları
Ətraflı
Divar içi penal qapı
Tək və ya iki laylı qapı. Açılarkən qapı layları divarın içindəki penalın içinə yığılır.

Sinxron açılan qapı
Bir qapı layı hərəkət etdikdə, ona bağlı digər qapı layı əks istiqamətdə açılır.

Teleskopik sürüşmə qapı
Bir neçə qapı layı eyni istiqamətdə ardıcıl şəkildə hərəkət edərək bir-birinin arxasına toplanır.






