Gizli qapılar
Gizli qapılar divarla eyni müstəvidə quraşdırılır və görünən çərçivə və platbandlar olmadan interyerin bir hissəsinə çevrilir. Qapı lövhəsini divarla eyni rəngə boyamaq, divar kağızı və ya keramika ilə örtmək mümkündür.

Astarlı qapı
MDF ilə üzlənmiş qapıların səthi divar boyası, dekorativ boya, dekorativ suvaq, divar kağızı və mikrosement ilə üzlənə bilər.

Boyalı qapı
MDF ilə üzlənmiş qapıların səthi RAL kataloqundan seçilmiş rənglərlə istehsalat şəraitində boyana bilər.
Daş qapı
Qapının səthi Neolith brendinin keramika kolleksiyasından istifadə olunaraq üzlənir.
Dəri qapı
Qapının səthi tamamilə dəri ilə üzlənir.

Güzgülü qapı
Səthi tamamilə güzgü ilə örtülmüş qapı növüdür; məkanı daha geniş və işıqlı göstərir. Sadə, qara və qəhvəyi güzgü seçimləri mövcuddur.

Parça qapı
Qapının səthi tamamilə parça ilə üzlənir.

Paslanmaz metal qapı
Qapının səthi tamamilə paslanmaz metalla üzlənir.
Şponlu qapı
Şponlu qapı, MDF-in üzəri suni və ya təbii nazik şpon qatı ilə örtülən qapı növüdür. Şpon qapıya ağac görünüşü və teksturası verir.
Şüşəli qapı
Qapının səthi tamamilə şüşə ilə üzlənir; RAL kataloqundakı rənglərdən istifadə olunaraq şüşə rəngi seçilə bilər.





