Gizli qapılar: 5 mif və həqiqət

Gizli qapılar müasir interyerdə ən çox soruşulan həllərdən biridir və onlarla birlikdə çoxlu yanlış təsəvvür də yayılıb. Open Systems komandasından Kamran Məmmədov ən çox eşitdiyimiz beş fikri yoxladı: üçü mif, ikisi həqiqətdir.
1. “Gizli qapılar ümumiyyətlə görünməz olmalıdır.” — Mif
Gizli qapı görünməz qapı deyil, gizli montaj deməkdir. Bu qapıların əsas özəlliyi çərçivənin və petlələrin görünməməsidir. Çərçivə divarın içində qalır, petlələr qapının içində gizlənir, qapı lövhəsi isə divarla bir müstəvidə dayanır.
Qapının nazik kontur xətti görünə bilər və bu normaldır. Gizli qapıdan “yox olmaq” yox, təmiz və sakit xətt gözləyin.
2. “Dəstəyi olan qapı gizli qapı deyil.” — Mif
Düzgün seçilmiş dəstək qapını daha gözəl göstərir. Nazik, minimalist və ya divarla eyni tonda olan dəstək gizli qapının xarakterini pozmur, interyerə incə bir aksent əlavə edir.
Qapı dəstəksiz də ola bilər, məsələn, basaraq açılan mexanizmlə. Amma bu halda bir sıra məhdudiyyətlər yaranır: çəkib açılan tərəfdə tutmaq üçün yer lazımdır, səthə tez-tez toxunulduğu üçün açıq rəngli lövhədə izlər qala bilər. Hansı variantın sizə uyğun olduğunu layihə mərhələsində müzakirə etmək daha doğrudur.
3. “Gizli qapılar məkanı daha geniş göstərir.” — Həqiqət
Qapılar göz önündə olmadığı üçün divarlar daha bütöv görünür və məkan daha geniş təsir bağışlayır. Bu effekt bir neçə qapının açıldığı dəhlizlərdə və kiçik hollarda xüsusilə hiss olunur. Tavana qədər hündürlükdə qapılar onu daha da gücləndirir.
4. “Qapı üzləməsi mütləq divar üzləməsi ilə eyni olmalıdır.” — Mif
Qapını divarla eyni rəngə və ya materiala üzləmək sadəcə ən populyar həll yoludur, qayda deyil. Gizli qapı boyalı, güzgülü, şponlu, daş, parça, dəri və ya metal üzləmə ilə də hazırlana bilər. Belə qapı gizli montajın təmiz xəttini saxlayır, amma divarda məqsədli bir aksentə çevrilir.

5. “Gizli qapıların qərarı mütləq təmirin əvvəlində verilməlidir.” — Həqiqət
Bu qərarı sona saxlayanlar adətən əlavə xərclər və vaxt itkisi ilə rastlaşırlar. Səbəb sadədir: gizli çərçivə divar işləri bitməmişdən əvvəl quraşdırılır, ona görə divarın qalınlığı, döşəmə səviyyəsi və qapının hündürlüyü əvvəlcədən bilinməlidir. Qərar öncədən verilirsə, həm vaxt, həm büdcə qorunur.
Təmirə başlamazdan əvvəl qərarlaşdırın
- Hansı otaqlarda gizli qapı olacaq və hansı tərəfə açılacaq
- Qapının hündürlüyü: standart, yoxsa tavana qədər
- Dəstəkli, yoxsa dəstəksiz
- Üzləmə: divarla eyni, yoxsa aksent material
- Divar növü: kərpic, beton və ya alçıpan
Kamranın cavablarını qısa videoda Instagram paylaşımımızda izləyə bilərsiniz.
Gizli qapıları canlı görün
Open Systems şourumuna gəlin: Mərkəzi Bulvar küçəsi 21, Ağ Şəhər, Bakı. Bütün modellərə Qapılar bölməsində baxa bilərsiniz.





